Avropa İttifaqı: “Tofiq Yaqublu və bütün siyasi məhbuslar azad edilməlidir”

Aİ Xarici Siyasət və Təhlükəsizlik üzrə komissarının sözcüsü Anita Hipper Tofiq Yaqubluya 9 il həbs cəzası verilməsi ilə bağlı bəyanatla çıxış edib:

“Avropa İttifaqı müxalifət lideri Tofiq Yaqublunun 9 il həbs cəzasına məhkum edilməsindən təəssüflənir. İnsanlar müxtəlif siyasi fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidirlər. Əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir”.