Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 2 tüfəng, 1 qumbaraatan, 3 patron darağı və 1215 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. #qanunsuzsilah