
Neft hasilatı 5 milyon ton azalıb
“Statkom 2025-ci ilin ilk 3 ayının yekunları ilə bağlı iqtisadi göstəriciləri açıqlayıb.
Hesabatdan aydın olur ki, neft hasilatında uzun müddətdir başlayan azalma bu il də eyni sürətlə davam edir.
Ötən ilin eyni dövrünə nisbətən 400 min ton azalma var. Əgər hasilatdakı kiçilmənin bu tempi il boyu qalsa, ilin sonuna ən azı 1,5 milyon ton azalma görəcəyik.
2020-2024-cü ilıərdə Azərbaycanın xam neft istehsalı 5 milyon azalıb.
Əgər bu ilki gözlənilən azalma baş verəcəkcə, son 5 ildə 7 milyon tona yaxın, yaxud 20% azalma qeydə alınacağı realdır.
2015-2020-ci illər aralığında da 7 milyon ton azalma baş vermişdi.
Əslində qlobal pandemiya və Rusiya-Ukrayna müharibəsi baş verməsə idi, qaz hasilatındakı sürətli artıma baxmayaraq Azərbaycan postneft erasının ayaq səslərini çox erkən hiss edəcəkdi.
Əgər qlobal hərbi qarşıdurmalar olmasa, yaxın dövrdə enerji bazarında “qiymət köpükləri”nin əriməsi resursdan asılı ölkələr üçün problemləri daha çox hiss etdirəcək.
Bu prosesə əsas töhfə elektromobilləşmənin sürətlə genişlənməsindən və qlobal iqtisadi artımın zəifləməsindən gələcək”.
Rövşən Ağayev
İqtisadçı.