
Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən fürsət
Avropa Siyasi Birliyinin altıncı iclası bütün qitənin liderlərini Albaniyanın Tirana şəhərində “Yeni dünyada yeni Avropa: birlik – əməkdaşlıq – birgə fəaliyyət” mövzusu altında bir araya gətirib.
Sammitdə aşağıdakı məsələlər diqqət mərkəzindədir:
Liderlərin təhlükəsizlik çağırışlarına və Avropanın gələcəyi ilə bağlı ümumi baxışa həsr olunmuş plenar sessiyası.
Daha sonra aşağıdakı mövzular ətrafında üç yüksək səviyyəli dəyirmi masa:
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi də daxil olmaqla Avropanın təhlükəsizliyi;
Avropanın demokratik dayanıqlığı, rəqabət qabiliyyəti və iqtisadi təhlükəsizlik;
Mobillik problemləri və gənclərə daha geniş imkanlar yaradılması.
Avropa Siyasi Birliyinə Avropa İttifaqı ölkələri ilə yanaşı gələcəkdə Avropa İttifaqına üzv olması istənilən ölkələr daxildir.
Azərbaycan da Avropa İttifaqına üzv ola biləcək ölkə kimi qəbul edilir.
Təəssüf ki, Azərbaycandakı antidemokratik rejim ölkəni Avrointeqrasiya yolu ilə aparmaqdan yayınır.
Son dövrlərdə totalitar rejimlərlə Əliyev rejiminin surətlə yaxınlasmasi ölkənin gələcəyi üçün çox pis perspektivlər vəd edir.
Avropa İttifaqı məhz Azərbaycan xalqının maraqlarına cavab verən tələblər qoyur-demokratiya və azad bazar iqtisadiyyatı.
Azadlıq qəzeti