
1-ci qrup əlil xeyirxah insanlardan kömək istəyir
Göyçay rayonu Şəkər kənd sakini Məmmədov Cavid Eynulla oğlu öz sağlamlığı üçün xalqa müraciət edir. O, mübarək Ramazan ayında xeyirxah insanlardan və iş adamlarından müalicəsi üçün maddi dəstək olmalarını xahiş edir.
Telefonu; 050 702 11 78
فَاسْتَبِقُوا الْخَيْرَاتِ
“Yaxşı işlər görməkdə bir-birinizlə yarışın.” (Bəqərə, 148)
İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) belə rəvayət etmişdir: “Allahın elçisi insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail (Ona allahın salamı olsun) ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail (aleyhis-sələm) Ramazan ayının hər gecəsində Peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, bu günlərdə Allahın elçisi (salləllahu aleyhi və səlləm) xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı”. (Səhih əl-Buxari, 6).