Gürcülər dünya çempionu,bəs Azərbaycan?

Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Gürcüstan cüdoçuları komanda yarışlarında birinci yeri tutublar(idmançilarin hamısı gürculərdir).

Azərbaycan yığması Almaniyaya 1-4 hesabi ilə səkkizdəbir finalda uduzaraq mübarizəni dayandırıb.
Fərdi yarışlarda Azərbaycan idmançıları 3 bürünc medal alıblar.Onlardan da ikisini legionerlər alıb,birini yerli idmançı.

Aşağıda diqqətinizə təqdim edəcəyimiz materialdakı adlar adamı dəhşətə gətirir.

Dəhşət ondadır ki,Azərbaycanın cüdo yığmasında legioner idmançılarin və məşqçilərin sayı 8 nəfərdir.

Yığma Budapeştə cəmi 13 idmançı ilə gedib.Təkrar edirik, yığmadaki legioner idmancıların və məşqcilərin sayı 8-dir!

Göstərilən nəticə isə biabırçıdır.Qonşu Gürcüstan böyuk uğur qazanır,Azərbaycan isə komanda yarışında səkkizdə bir mərhələsində Almaniyaya 1- 4 uduzur və sıradan çıxır.

Bu qədər legioner idmançıya və məşqçiyə pul vermək sadəcə,cinayətdir.Xeyli pul xərclənib,nəticədə hec bir ciddi uğur qazanilmayıb.

Kleptokratik sistem yaxşı uğur əldə edib.Cüdo üzrə dünya çempionati gələn il Azərbaycanda olacaq.Ənənə üzrə xeyli maliyyə vəsaitinin silinəcəyi şübhə doğurmur.

İndi isə çempionatdan əvvəl yığma ilə bağlı yayilmış məlumati diqqətinizə təqdim edirik.

“Kişilərin mübarizəsində Əhməd Yusifov (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram), Uşanqi Kokauri (+100 kiloqram) qüvvəsini sınayacaq.

Qadınlar arasında Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) güclərini yoxlayacaqlar. Aytac Qardaşxanlı və Günel Həsənli (hər ikisi 70 kiloqram) isə qarışıq komanda yarışlarında heyətə qoşulacaq.

Milli komandanın üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar”.

Azadlıq qəzeti