Hörmətli oxucularımızın diqqətinə çatdırırıq ki,dünən 5 mart tarixində Şimal Region YouTube internet TV -mizdə zərərçəkmiş Cəmil Əhmədovun video müsahibəsi yayımlanıb.

Cəmil Əhmədov mərhum həyat yoldaşı Ülviyyə Əhmədovanın İsmayıllı rayon mərkəzi xəstəxanasının doğum şöbəsində öldüyünü və bu işdə həkimləri günahkar sayır.Bu məsələdə Cəmil Əhmədov ondan 500 manat pulu Afaq həkim tərəfindən alındığını bildirib, ancaq keysər əməlliyatını söbə müdiri Sevinc Seyidəliyeva tərəfindən aparıldığını və mərhum həyat yoldaşının ölümundə Sevinc həkimin günahkar olduğunu bildirir.

Məlumdur ki,olayla bağlı artıq cinayət işi açılıb və İsmayıllı rayon məhkəməsində hazırlıq iclası belə keçirilib.Hadisə zərərçəkmişin dediyinə görə 23 dekabr 2023-cü ildə baş verib.

Bu gün rayon xəstəxanasından daxil olan məlumata görə doğum şöbəsində Sevinc Seyidəliyeva bir neçə tibb bacısını ətrafına yığaraq izahat və sair şeylər edib.Mənbə bildirir ki, bununla Sevinc Seyidəliyeva günahı Afaq həkimin üzərinə yıxmağa çalışır. Hər halda yekun və daha ədalətli qərarı məhkəmənin verəcəyinə inanaq.

Nəzərinizə çatdırmaq istəyirik ki, İsmayıllı səhiyyəsi son illər ərzində xeyli uğurlar əldə edərək respublika səviyyəsində məsuliyyətlə deyərdik ki, birinci onluqda qərarlaşıb.Əlbətdə İsmayıllı səhiyyəsinin inkişafında hazırkı səhiyyə direktoru Vidadi Rəhimovun,baş həkim Nərgiz xanımın danılmaz xidmətləri var.Ancaq təəssüf hissi ilə qeyd edirik ki,doğum şöbəsində baş verən davamlı özbaşınalıq, həkim səhlənkarlığı və rüşvət halları yekunda belə acı nəticələr doğurur.

Şimal region TV və sayt olaraq heç kimin həbsinə yaxud cəzalandırılmasına tərəf deyilik.Sadəcə hər bir vəzifə sahibinin vicdanla çalışmasının tərəfdarıyıq.Unutmaq olmaz ki,bir cavan gəlin dünyadan köçdü,bir ailənin çırağı söndü,üç azyaşlı gözü yaşlı qaldı və o uşaqlar anasız böyüyəcəklər və ömür boyu bu itkinin içərisində yanıb-yaxılacaqlar.

Redaksiyadan: Mövzu diqqətimizdədir, bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Məhkəmədən ədalətli qərar gözləyirik.

SimalRegion.az