Zamirə Hacıyevanın müsadirə olunan əmlakı satışa çıxarılıb

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda Bakıda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan əmlakı Böyük Britaniyada satışa çıxarılıb.

Britaniya mənbələri Londonun Naytsbric rayonundakı villanın, həmçinin Hacıyevaya məxsus Berkşirdəki qolf klubunun 19,5 milyon funt sterlinq (təxminən 25 milyon dollar) dəyərində qiymətləndirildiyini bildirir.

Mülklər Milli Cinayət Agentliyinin (NCA) fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı altı illik araşdırması çərçivəsində müsadirə edilib.