Hiloba-Yasaboba-Əniqoba sakinləri çarəsiz qalıb

Yol mədəniyyətdir deyirlər, amma Qusar rayonunun Hiloba-Yasaboba-Əniğoba avtomobil yoluna bu sözü aid etmək olarmı? Çətin! Əksinə, bu yol sanki mədəniyyətin yox, biganəliyin və unudulmuşluğun simvoluna çevrilib.

Shimal.News-a müraciət edən sakinlər bildirir ki, yoldakı çala-çuxur, iri daşlar və palçıq gölməçələrdən təngə gəliblər:

“Rayon mərkəzinə getmək müşkülə çevrilib. Təcili yardım çağıranda, yanğınsöndürən tələb olunanda onlar gəlib çatana kimi “iş işdən keçir. Bostanlardan yığılan məhsullar ya yolda xarab olur, ya da ümumiyyətlə, bu yolu keçmək mümkün olmadığı üçün bazara çıxmır”.

Hiloba, Yasaboba və Əniqoba sakinlərinin ümidləri artıq tükənmək üzrədir. Əgər “yol mədəniyyətdirsə”, onda bu insanların da mədəniyyət haqqı tanınmalıdır.