
Qobustan idmançısı çempion oldu.
Kişi cüdoçular arasında Liqa yarışının birinci turu keçiırilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 37 klub və idman cəmiyyətindən olan 209 cüdoçu 7 çəki dərəcəsində qalibləri müəyyənləşdirib.
Qobustan rayon idmançısı Babarəhim Mirzəyev 60 kq çəki dərəcəsində l yeri qazanmışdır.
İdmançımızı və məşqçisi Qüdrət Ələkbərovu təbrik edirik.