Bu gün Quşencə kənd tam orta ümumtəhsil məktəbində məktəb rəhbərliyinin təşəbbüsü və IV sinfin rəhbəri Əliyeva Günayın təşkilatçılığı ilə şəhid Elxan Məmmədlinin adına əbədiləşdirilən sinif otağının açılışı oldu. Tədbirdə Elxan Məmmədlinin və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, şəhidin həyat yoluna həsr edilmiş qısa video fraqmentlər nümayiş etdirildi, IV sinif şagirdləri tərəfindən şeirlər səsləndirildi.
Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sübhan Şirinov, İsmayıllı rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədov, Şəhid ailələri,Quşencə kənd İcra nümayəndəsi, Bələdiyyə üzvləri və məktəb kollektivi iştirak etdilər. Daha sonra tədbir iştirakçıları məktəbdə digər şəhidlərimizin adına əbədiləşən otaqlarla tanış oldular. Sonda Şəhid Elxan Məmmədlinin məzarı ziyarət olundu, dualar oxundu, məzarına gül dəstələri qoyuldu.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

İsmayıllı Rayon icra hakimiyyəti

Dağlıq Şirvan Təhsil İdarəsi İsmayıllı Təhsil Sektoru