
Keçmiş siyasi məhbus Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb edilib
Özünün verdiyi məlumatda bildirib ki,”Məclis.info” işi üzrə məsuliyyətə cəlb olunub.
E.Qəhrəman Bakı Şəhər Baş Polis İdarəsidə aparılan istintaqla təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin səkkiz – 192.2.2 (qanunsuz sahibkarlıq-küllü miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma-xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.
E.Qəhrəman barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin aprelində “Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib.