
Şəhid SEYMUR AĞAYEV..
Şəhidliyindən 26 il keçir.
SEYMUR AĞAYEV…
Ruh dünyamın təkrarsızlığının rəmzi SEYMUR Şəhidliyindən 26 il ötür…
Qəlbimdəsən əzizim- Yaddaşımda yaşayırsan- sadəliyinlə, məsumluğunla, vətənpərvərliyinlə, qeyri-adi abırlı-həyalı olmağınla…
Tələbə biletimlə yaşıd idin. 1976-cı il avqustun 25-də ali məktəbə qəbul olundum, tələbə biletimi alıb rayona yollandım.. Səhər tezdən qardaşımın oğlu olub xoş xəbəri ilə məni muştuluqladılar.. Sevincimə yeni sevinc qatıldı. Hər tələbə tətilində kəndə gedəndə ilk səni düşünürdüm- oyuncaqlar seçirdim ki, ürəyincə olsun. Nənənin ən sevimli nəvəsi idin.. axı ilk oğul nəvəsi idin.. Elə xarakterində də nənənin hamının gibtə etdiyi çox gözəl xüsussiyyətləri cəmləşmişdi..
Həmişə ruhən mənə doğma olmusan.. daim kitablar içində dolanırdın. o gün olmazdı ki. bizə evə gəlib mənim şəxsi kitabxanamı ələk-vələk eləmiyəsən. Xüsusi dəftərçələrin, qeyd kitabçaların vardı, 4 rəngli qələmlə müxtəlif qeydlər aparırdın. ( o dəftərçələr hələ də qalır məndə- sənin qısa ömrünün yadıgarları kimi).. Kitabxanamdakı tarixi romanları, qədim keçmişimizi əks etdirən kitabları artıq 5-ci sinfə kimi oxuyub qutarmışdın. Tarixə böyük marağın vardı- hər şeydə mənə oxşamağa çalışırdın. Özüm filoloq olsam da, məni daha çox tarixçi kimi tanıyırdılar. Səni də tarixə sonsuz marağın Gəncə dövlət universitetinin tarix fakultəsinə aparıb çıxardı. Çətin illər idi- ölkə yenicə müstəqilliyə qovuşmuşdu.. Bütün çətinliklərə rəğmən heç vaxt oxumaq, öyrənmək EŞQin azalmadı.. böyük arzularla- amallarla yaşayırdın.. Ali təhsil alıb rayona qayıtdın… cəmi 22 gün müəllim işlədin bitirdiyin 1 saylı orta məktəbdə.. və orduya yollandın…
Tələbəlik illərində 5 il eyni otaqda qaldığım, qardaş qədər mənə əziz olan Nazimin vəfatı xəbərini eşidib Göyçaya yollandım Pirallahıdan.. Ağır idi dost itkisi. Ordan Bakıya evə qayıtdım. və gecə qəfil zəng..qara xəbər: SEYMUR HƏLAK OLUB….
Cəmi 22 il yaşadın.. Hamı sənin biliyinə də, əxlaqına da əhsən deyirdi. Tariximizlə bağlı çox arzuların vardı ürəyində… təəsüf ki, yarımçıq qaldı. ANA o gündən yataq xəstəsi oldu. ATA dərdini içində gizlədib gizli alışıb yanırdı- sənin adın gələndə gözlərini məchul nöqtəyə zillləyib kömür kimi öz odunda yanırdı..
Yaşa SEYMURUM, yaşa… Həmişə canlısan mənimçün….Əbədi 22 yaşında yaşayacagsan Yaddaşımızda.. Yaşa hər zaman…..