“Amnesty International” insan haqları təşkilatı müxalifətdə olan AXCP-nin sədri Əli Kərimlinin həbsini pisləyir. Qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bu həbsin “Azərbaycanda avtoritar qaydaların möhkəmləndirilməsinin daha bir sübutu” sayır. Qurum təmsilçisi müxalifət liderinin həbsini, ona “hakimiyyəti ələ keçirməyə cəhd” kimi şübhəli ittihamın irəli sürülməsini hakimiyyətin nə qədər irəli gedə biləcəyinə dair hər kəsə bir xəbərdarlıq olduğunu düşünür.
“Hakimiyyət onun törətdiyi iddia olunan cinayətlə bağlı yetərli sübut göstərə bilmirsə, Əli Kərimlini azad etməlidir. İndiyə qədər sərgilədikləri onu qəfil tutub təcrid etmək, ədalətli məhkəmə hüququndan məhrum etmək olub. Bu isə müxalifətçilərə, akademiklərə, jurnalistlərə və fəallara qarşı siyasi motivli həbslər dalğasını genişləndirmək niyyətindən xəbər verir”, – açıqlamada deyilir.
Azadlıq radiosu



















