AŞPA:”Əli Kərimlinin həbsi Azərbaycanda siyasi fikir müxtəlifliyi üçün məkanın daralması ilə bağlı narahatedici tendensiyanın növbəti inkişafıdır”

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə Baş Məruzəçisi, Azadə Rojhan (İsveç, SOC), Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbs edilməsi ilə bağlı aşağıdakı açıqlamanı verib:”

“Mən Ali Kərimlinin hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə həbs-qətimkan tədbiri olaraq həbsdə saxlanılması barədə son qərardan dərin narahatlığımı bildirirəm. Bu, Azərbaycanda siyasi fikir müxtəlifliyi üçün məkanın daralması ilə bağlı narahatedici tendensiyanın növbəti inkişafıdır. Avropa İnsan Haqları Məhkəməsi daha əvvəl iki dəfə onun xeyrinə qərar çıxarmış, xüsusən də onun seçkidə iştirak etmək hüququnun və hərəkət azadlığı hüququnun pozulduğunu müəyyən etmişdir. Mən Azərbaycan hakimiyyətini Ali Kərimliyə qarşı irəli sürülmüş ittihamları təcili şəkildə yenidən nəzərdən keçirməyə və ona qarşı hazırkı cinayət işinin Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində Azərbaycanın öhdəliklərinə tam uyğun şəkildə aparılmasını təmin etməyə çağırıram.”

azadlıq qəzeti