
Bu qədər sevməməliydim..
Yolumuz ömûrlük qoşa düşmədi,
Mən səni bu qədər sevməməliydim..
Ürəyin sevgimi başa düşmədi,
Mən səni bu qədər sevməməliydim..
Boyadın ağları, qaralara sən,
Necə, nə cür getdin haralara sən..?
Əl vurma qanatma yaralara sən,
Mən səni bu qədər sevməməliydim..
Sənsiz yaşamağım zülümdü vallah,
Nəfəs ala-ala ölümdü vallah,
Gör necə dərd verib mənə o Allah,
Mən səni bu qədər sevməməliydim..
Mən yenə darıxdım sənincün yenə,
Xoş sözün, avazın, səsincün yenə..
O, doğma, o əziz kəsimcün yenə,
Mən səni bu qədər sevməməliydim..
04.06.2025. ✍Asudə Feyruzqızı.