
Mart ayının 7-də Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov qeyd edib ki, Azərbaycan qadını tarix boyu mübarizliyi ilə tanınıb, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərib. Bildirib ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Xanımlar adından çıxış edən Yeni Azərbaycan Partiyasının fəal üzvü Nətavan Əfəndiyeva Azərbaycan qadınına göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Tədbirin sonunda Partiyanın bir qrup qadın üzvü qiymətli hədiyyələrlə mükafatlandırılıblar.