Son günlər RMX-DA baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə və əksər medya qurumlarında səs-küylü müzakirələr aparılır.Baş verən hadisə ilə bağlı əlaqədar qurumlar tərəfindən lazımi tədbirlər görülür.

Redaksiyamıza müraciət edən çoxsaylı İsmayıllı sakinləri bildirirlər ki, xəstəxanaya müraciət edərkən orada süründürməçiliyə məruz qalırlar,eyni zamanda bəzi həkimlərin anormal davranışları ilə üzləşirlər.

Qeyd edilən müraciət ilə bağlı araşdırmalarımız davam edir.Yaxın günlərdə həmin məsələni saytımızda dərc edəcəyik.

Qeyd edək ki , İsmayıllı səhiyyəsi son illər ərzində xeyli uğurlar əldə edərək respublika səviyyəsində irəli gedə bilmişdir və insafən bu məsələdə hazırki səhiyyə direktoru Vidadi Rəhimovun danılmaz xidmətləri vardır.Ancaq təəssüf hissi ilə qeyd edirik ki,hələ də bəzi həkimlər, tibbi personalın əməkdaşları öz yarıtmaz fəaliyyətləri ilə bu uğurlarların üzərinə kölgə salırlar.

İnformasiya şöbəsi