Piylənmə tibbi-sosial problem kimi. Müalicəsində yeniliklər adlı beynəlxalq konfrans keçirilib.

Tədbir zamanı “Piylənmənin multidisiplinar idarə edilməsi”, “Piylənmənin diaqnostikasında EASO-nun son yenilikləri”, “Piylənmə zamanı farmokoterapiya”, “Bariatrik prosedurların effektivliyi, uzunmüddətli nəticələri və xəstənin həyat keyfiyyəti” və digər mövzularda müzakirələr aparılıb.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından həkim endokrinoloq Səmayə Bağırova və həkim dietoloq Günel Qəniyeva konfransda iştirak edib və təqdim olunan yeniliklərlə tanış olub.