
TƏBİB! Biz şikayət yazmaqdan qapı-qapı gəzməkdan bezdik.Zaqatala xəstəxanasının vəzifəliləri bizi düşmən quldur cani kimi tanıdır rayon camaatına.Biz 89 nəfərik 89 ailənin nümayəndəsiyik.89 evə çörək aparırıq.Hamımızda simadan keçən vergi ödəyən firma işçiləriyik.Hər birimiz qanuni maaş alan dövlət tərəfindən tanınan firma.Zaqatala xəstəxanası baş həkimi birdə 24 yaşlı Vüqar Qurbanovun qohumu olan müavin bizim çörəyimizə qənim kəsilib.Mühafizəçilər biz xəstəxanaya daxil olan kimi üstümüzə hücum çəkir və böyüklərinə xəbər verirler bizi gelib qovmağa.Bunlara bu tapşırığı verən kreslo görüb cızığından çıxan Camal adlı müavindir.Dövlət rəhbəri gənc kadrlara üstünlük verin deyir ama belə qohumluq əlaqəsi olub, qudurğanlıq edənləri nəzərdə tutmayib.Bizə baş həkim Buqayev 2 dəfə iclas elədi sonra,Qurbanov Vüqarın qohumu olan Camal müəllim şəxsi prinsiplərinə görə qoymadi.3-4 dəfə yanında olduq icazə üçün bizimlə qohumuna arxalanaraq xeyr olmaz icazə vermirəm dedi.Bize ailə başçısı olmadan 2 yetim böyüdən, əlil uşağı olan diğər xanıma yuxarıdan aşağı baxaraq ədalı küçümsəyərək gedin ayrı işdə işleyin nə vacibdir firmada işləyirsiniz dedi.Camal müəllim bizim sizin kimi daydayımız yoxdur Vüqar Qurbanov kimi gətirsin kreslo sahibi etsin və hazıra nazir olaq.Biz hər birimiz ehtiyacdan yağış boran qar bilmədən çöllərə düşüb bu işlə məşğuluq.Bizə hamı dedi ki, sizə icazəni Camal müəllim vermir girişə ve mühafizəyədə ciddi tapşırıq verib. Hətta bunu isbat edərik biz,Camal müəllim bizə olmaz icazə yoxdur sözünü deyən ses yazısıda var.
Dövlət idarəsini öz evləri kimi hiss edir baş həkim Buqayev ve Camal adlı şəxs.İllərin həkimini ayağına qədər gətirib bizimlə üz-göz edəndə ele Camal müəllimdir.İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi bizə kömək edin.89 ailəyə çörek aparan təsdiqlənmiş qanunu dərman firması işçilərinin Zaqatala xəstəxanasına girişinə icazə verin.
Vüqar Qurbanov özü və qohumları qənim kəsilib Zaqatala xəstəxanasına.
Redaksiyadan:Qeyd olunan məsələ diqqətimizdədir,araşdırmalarımız davam edir.Faktla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Bildiririk ki,son vaxtlar yeni rəhbərliyin gəlişindən sonra Zaqatala xəstəxanasında xoşagəlməz işlər baş verir.