Əziz qardaşım
1967-ci il,20 oktyabr,həftənin beşinci günü… İsmayıllıda, Ağayev Ağasəfin evində böyük bir sevinc vardı.Çünki oğlu Asim dünyaya gəlmisdi.
Ağayev Asim Ağasəf oğlu.
Ata-anası,nənələri- babaları,əmisi,bibileri,xalalari,bir sözlə,bütün qohum- əqrəba,ən əsası da bacıları Aybəniz,Aydə,Azadə sevincdən bir-birinə qarışmışdılar.
Asim 1975-ci ildə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul oldu, oxuduğu məktəbdə də öz ağlı,biliyi,tərbiyəsilə seçilirdi,hər kəsin hörmətini qazanmışdı.
Daha sonra atamın ailəsində üç qız övladı dünyaya gəldi:Almaz,Asudə,Aynurə.Beləcə Asim altı bacının bir qardaşı oldu.Atamın ailəsi doqquz nəfərdən ibarət idi.Xoşbəxt bir ailə idik.
Gunlər keçdi,Asim orta məktəbi bitirib arzularının dalinca-ali məktəbə getdi.Azərbaycan Xalq Təsərrüfatı Universitetində ekanomika ixtisasını bitirdi.Rayona qayıtdıqdan sonra müxtəlif müəssisələrdə çalışmağa başladi.
Ailəmizdə toylar artiq çoxdan başlamışdı,ata- anamızın xeyir-duasiyla qızlar bir-bir gəlin köçmüşdülər.Ancaq hamımız səbirsizliklə Asimin toy gününü gözləyirdik.Nəhayət,o gün gəldi.Atam Ağasəf,anam Dəstə o günü sevincdən yerə-göyə sığmırdılar.1991-ci il 7 iyulda atamın qapısında toy mağarı quruldu.Asimin toy günü idi.Gözəl gəlinimiz Könül xanım gəlin gəldi evimizə.Beləcə vaxt gəldi,bir yaz səhəri Asim ata oldu.İlk övladı yaz çiçəyi Bənövşə dünyaya gəldi .Sonra qızı Nərgiz dünyaya gəldi.Asim iki övlad atası oldu.Onun gözəl, xöşbəxt bir ailəsi vardı.
1994-cü ildə İsmayıllı Rayon Polis Şöbəsində işə düzəldi.İşə başladığı ilk gündən hamının hörmətini qazandı,öz ağlı,biliyi,insanpərvərliyi ilə…Sonralar mayor rütbəsi qazandı, yaxşı işinə görə isə sonsuz fəxri fərmanlar,təşəkkurnamələr və s.
2013-cü il,19 iyul,həftənin beşinci günü, atamın qapısında yenə mağar quruldu.Amma bu dəfə toy yox, canımdan artıq sevdiyim qardaşımın yas mağarı.Kaş öləydim,bu günü görməyəydim!Taleyin bizə belə amansız bir oyun quracağını heç vaxt düşünməzdim.
O, öz gedişi ilə hər kəsi ağlatdı.Böyük,kiçik hər kəs ağladı onun üçün.O,bu gün aramızda olmasa da hər zaman qəlbimizdə yaşayacaq.O,bizim qəlbimizdə əbədi yanar bir iz buraxdı.Qoy onun ruhu həmişə şad olsun, Allah ona qəni-qəni rəhmət eləsin.
Əziz qardaşım!
Sanma ki,həyatdan silindin,getdin,
Yanan ürəyimin odusan, qardaş.
Tək bircə gülüşün yetərdi mənə,
İndi sən kədərim,qəmimsən qardaş.

Gərək son mənzilə tələsməyəydin,
Həyatdan kam alıb bir sevinəydin,
Gözəl qızlarının xoş günlərini,
Sən öz gözlərinlə görüb güləydin.

Nə deyim taleyə heç sözüm yoxdur,
Mənim tək qardaşsız bacılar çoxdur.
Ancaq o dünyada,nə bu dünyada,
Sənin kimi əziz bir qardaş yoxdur.
Almaz Xələfova