
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin m*yitləri tapılıb.
“Unikal” xəbər verir ki, meyitlər onların ailələrinə təhvil verilib.
Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.
Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib. Ardınca onlar yoxa çıxıb. Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin m*yiti yaxınlıqda yerləşən “Gilavar” restoranının yaxınlığından tapılıb.
Faktla bağlı araşdırma aparılır.