Bu gün Şəhidimiz NİCAT HƏSƏNQULİYEVİN doğum günüdür. Övladı Bakir balanın dilindən qələmə aldığım bu misraları Şəhidimizin ruhuna ithaf edirəm…
Bütün Şəhidlərimizin ruhu şad olsun…

MƏNİM QƏHRƏMAN. ATAM…

BAKİR balan düşünür,
Hər gün səni ,ay ata.
Kaş əlim sənə çata,
Yanımda olsan , ata…

Anam tellərimə sığal çəkəndə,
Hər gün əzizləyib, sevib, öpəndə,
Nəmli gözlərini O, gizlədəndə,
Səni düşünürəm, ata, ay ata…

İndi böyümüşəm, məktəbliyəm mən,
Oxuyub yazmağı yaman sevirəm.
Ruhun göylərdədir, bunu bilirəm,
ANAM belə deyir, ata, ay ata!

Mənim “göylərdəki” ey əziz atam,
Öz qısa ömrünlə nələr etdin sən.
Gecələr yuxuma gələsən deyə,
Şəklini öpürəm, ata, ay ata…

Sənin sinən üstə sərilən BAYRAQ,
Başımın üstədir, ata, ay ata.
Mən həsrət qalsam da, atam NİCATA,
Bu VƏTƏN səninlə çatdı nicata…
09.12.2025.
Kifayət Xalıqova-Əkbərova Firdiman qızı.
“QIZIL QƏLƏM” Media mükafatı laureatı.