Yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq

Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində mühüm addımlar atılıb.
Son illərdə Azərbaycan iqtisadi diversifikasiyaya xüsusi diqqət yetirərək neft və qaz gəlirlərindən asılılığı azaltmaq üçün müxtəlif sahələrdə inkişafa nail olub. Kənd təsərrüfatı, sənaye və xidmət sektorlarının gücləndirilməsi yoxsulluğun azalmasına mühüm töhfə verib. Bu, iqtisadi islahatlar və sosial siyasətin uğurunu əks etdirir. Ölkədə minimum əməkhaqqının və pensiyaların artırılması, aztəminatlı ailələrə sosial dəstək proqramlarının genişləndirilməsi yoxsulluğun azalmasına müsbət təsir göstərib.
Bu uğurlar Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını və sosial bərabərliyin təmin olunmasını nümayiş etdirir.
Dinamik sosial-iqtisadi inkişaf tempinə malik olan Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsas xüsusiyyətlərindən biri yaşanan tərəqqinin ölkə əhalisinin həyatında da öz əksini tapmasıdır. Bunun nəticəsidir ki, hər keçən il ölkəmizdə insanların yaşayış səviyyəsi yüksəlməkdə, əldə etdikləri maddi gəlirlərin həcmi artmaqdadır. Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli ölkəyə çevrilməsi yoxsulluq səviyyəsinin də sürətlə azalmasına təkan verərək bu sahədə qazanılan uğurların miqyasına görə ölkəmizin dünya dövlətləri cərgəsində seçilənlər sırasında yer almasını şərtləndirib, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində əhalinin gəlirlərinin artması və rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşması fonunda yoxsulluq səviyyəsinin azalma tempi digər dünya dövlətləri ilə müqayisədə xeyli yüksək olub.
Azərbaycan hökuməti sosial rifahı yaxşılaşdırmaq üçün islahatlarını davam etdirir.
Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə Azərbaycanda yoxsulluq səviyyəsinin təxminən 5 faizə endirildiyini bildirib. Dövlət başçısı bu uğurun məqsədyönlü sosial-iqtisadi siyasət, islahatlar və genişmiqyaslı infrastruktur layihələri nəticəsində əldə edildiyini vurğulayıb. O qeyd edib ki, ölkədə davam edən iqtisadi şaxələndirmə, məşğulluq səviyyəsinin artırılması və sosial proqramlar əhalinin rifah halının yaxşılaşmasına töhfə verir. Azərbaycanın bu sahədəki uğurları dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir.

İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru:Xuraman Qurbanova.