Hüzn günündə müxalifət lideri şəhid məzarlarını ziyarət edərkən, müharibədəki hərbi uğurun bütün dividentlərini özünə götürmüş İlham Əliyev açılışlar edirdi.

Şəhidlərin anım günündə Əli Kərimli cəbhəçilərlə birlikdə 2-ci Şəhidlər Xiyabanındakı 1000-ə qədər şəhid məzarını bir – bir ziyarət edib.

İlham Əliyev də hüzn günündə Gəncədə “BakuBus” a məxsus avtoparkın, Memorial kompleksinin stadionun, Yevlax Olimpiya İdman kompleksinin açılışlarını edib.

Şəhidlər gündəmində olmayıb. Hətta Bakıdakı məmurları da şəhidləri yox, Ağ şəhər tərəfdə qoyduqları daşı – Zəfər abidəsini ziyarət ediblər. Dövlət rəsmilərini gözləyən şəhid analarının gözü yollarda qalıb. Ümumiyyətlə, sizcə, İlham Əliyev nəyə görə 2-ci Qarabağ müharibəsi şəhidlərinin dəfn edildiyi İkinci Şəhidlər Xiyabanını bir dəfə də olsun ziyarət etməyib?