
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində gənclər üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarənin əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyətinin məsul əməkdaşı Bəhruz Xələfov, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Sona Orucova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı rayon Mərkəzi Xəstəxanasında İsmayıllı ASM-in ailə həkimi – terapevt Sevinc İsmayılova, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları polis mayoru Rahim Orucov və Xətai Daşdəmirli və mərkəzin şagirdləri iştirak edib.
Tədbirin birinci hissəsi “Narkomaniyaya yox deyək” mövzusuna həsr olunub. Məqsəd gənc nəslin narkomaniya və onun fəsadları haqqında düzgün maarifləndirilməsidir.
Tədbir zamanı çıxış edənlər psixoaktiv maddələrin yaratdığı fəsadların necə ağır olduğunu və həyatın hər bir sahəsində narkotik aludəçilərinin necə əziyyət çəkdiklərini real hadisələr ətrafında gənclərə izah etdilər, onları maraqlandıran sualları cavablandırdılar.
Tədbirin ikinci hissəsində Sona Orucova, Lətifə Əliyeva və Sevinc İsmayılova qızlarla erkən nigahın zərərləri haqqında söhbət apardı. Onlara erkən nigahın gənc qızlarımıza həm mənəvi, həm psixoloji, həm də fiziki zərərləri barədə ətraflı məlumat verildi.
Simalregion.az