İran şahının oğlu:”Yeganə yol rejimin getməsidir”

Şahın oğlu Məhəmməd Rza İran üçün çıxış yolunu rejim dəyişikliyində görür.

Bu barədə o növbəti bəyanatında danışıb.

Bəyanatda deyilir:

“İslam Respublikasının üç nüvə obyektinə endirilən zərbələr rejimin İran xalqı hesabına nüvə silahı əldə etmək üçün fəlakətli səylərinin nəticəsidir.

Əli Xamenei və onun çökməkdə olan terrorçu rejimi xalqı ağır vəziyyətə saldı. Xamenei öz yeraltı bunkerindən necə cavab verəcəyini düşünərkən ona deyirəm: İran xalqının xatirinə hakimiyyətdən çəkilməklə cavab verin ki, qürurlu İran xalqı İslam Respublikasının fəlakətli dövrünü geridə qoyub yeni sülh, rifah və əzəmət fəslinə başlasın.

Sülhə nail olmağın yeganə əmin yolu bu rejimin indi sona çatmasıdır”.

Dünya medya mərkəzi