Zaxarovadan MAQATE-yə sərt reaksiya: “Raketlər bu gün danışıqlar masasına dəydi”

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın İrana hücumundan sonra MAQATE rəhbərinin səsləndirdiyi “yumşaq və şəxsiyyətsiz” bəyanatlara sərt cavab verib.

“Raketlər bu gün danışıqlar masasına dəydi. Onların haradan gəldiyini görməmək çətin idi. Niyə bu dəfə bütün bəyanatlar hamarlanır və şəxsiyyətsizdir?” – deyə Zaxarova Telegram kanalında yazıb.

O, MAQATE baş direktoru Qrossinin tərəfləri yenidən masa arxasına dəvət edən çıxışına eyham vuraraq, Qərbin ikili standartlarını tənqid edib.

ABŞ-ın İranın hərbi və nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra beynəlxalq diplomatik səhnədə reaksiyalar güclənməkdədir.

Musavat.com