Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılıb.

İsmayıllı sakinləri adından dərin minnətdarlığımızı bildirir, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik, cənab Prezident! Sizin uzaqgörən rəhbərliyiniz və xalqımıza olan sonsuz sevginiz rayonumuzun inkişafına böyük töhfə verir.

İsmayıllıRİH