İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi 15 iyun Milli Qurtuluş günü və 17 iyun “Tibb işçilərinin peşə bayramı günü” münasibətilə işğaldan azad olunan torpaqlarımıza, Şuşa və Xankəndiyə səfər edib.

Xəstəxananın rəhbərliyi və İsmayıllı rayon səhiyyə işçiləri həmkarlar ittifaqı Şurası tərəfindən təşkil olunan səfər çərçivəsində bir qrup səhiyyə işçisi tarixi dədə-baba torpaqlarımıza səfər edib, Xankəndi şəhəri, Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhəri, Şuşa qalasını, Yuxarı Göhvər Ağa məscidi, Vaqif məqbərəsi, Cıdır düzü, “İsa bulağı” və digər məkanları böyük qürur hissi ilə ziyarət ediblər.

Səfər zamanı azad Şuşa şəhərində peşə bayramı münasibətilə tibb işçilərinin təltif edilməsi olub. Ginekologiya və doğum şöbəsinin tibb bacısı, 44 günlük vətən müharibəsinin şəhidi Ruslan Tağıyevin anası Lətifə Tağiyeva və digər 5 nəfər əməkdaşımız səmərəli fəaliyyətlərinə görə direktor Vidadi Rəhimov tərəfindən “Fəxri fərmanla” təltif olunub, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

İsmayıllıRİH