Halal olsun, məsələnin birdəfəlik həllini “Azərsu” nəhayət tapdı, xamutla getsin!

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “Sofcon Group S.P.O.”-nun Azərbaycan Respublikasındakı Filialı (VÖEN – 1405442631) olub.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti borularda baş verəcək qəzaların aradan qaldırılması üçün 1982 ədəd müxtəlif ölçülü təmir xamutu alacaq. Satın alınacaq xamutlara görə “Sofcon Group S.P.O.” şirkətinə 419 min 978 manat 17 qəpik ödəniləcək.
Məlumat üçün bildirək ki, “Sofcon Group S.P.O.”-nun Azərbaycan Respublikasındakı Filialı 19 fevral 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Af Biznes Plaza”da yerləşən şirkətin qanuni təmsilçisi Rzayev Həsən Məhərrəm oğludur.
“Sofcon Group S.P.O.” şirkəti isə 12 may 2017-ci il tarixində Çexiyada dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı “Vlkova 532/8, Zizkov (Praqa 3), 130 00, Praqa”da yerləşir. 14 may 2020-ci il tarixindən etibarən şirkətin icraçı direktoru Ceyhun Məmmədovdur.
Daha ətraflı məlumat üçün şərhdəki keçidə daxil olun…

Bədbəxtliyimiz budu. 420 minə o xamutu özüm istehsal edə bilərəm burda, ömür boyu da işlədətəm. sadəcə daxili istehsalata şərait yaratmırlar həm iş yeri açıla həm pul kənara çıxmaya həm də xaricdən asılılığın azala.

Yazı sosial şəbəkələrə istinadən dərc olunub