
İran prezidenti Pezeşkiandan gözlənilən və ona yaraşan da budur. Prezidenti Pezeşkian İranın Azərbaycana münasibətdə apardığı ənənəvi siyasəti dəyişməyə ciddi cəhdlər edir.
Pezeşkian Bakıya son səfəri ilə bağlı ona yönəlmiş tənqidlərə belə cavab verib:
“Azərbaycan qonşu dövlət, qohumluq əlaqələrimiz olan xalqdır. Necə ola bilər ki, mən ora gedib razılığa gəlmirəm? Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir?
Əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür. Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir”.
Mane olmasalar, prezident Pezeşkianın İran və bütövlükdə region üçün böyük işlər görmək, ciddi islahatlar həyata keçirmək potensialı var.
Əli Kərimli AXCP SƏDRİ