
“Ərbəin ziyarəti üçün İraqın Kərbəla şəhərinə gedən bəzi İran vətəndaşları özləri ilə narkotik maddələr apardıqlarına görə sərhədlərdə saxlanılırlar və bu bizim narahatlığımıza səbəb olur”
Bunu Narkotiklərlə Mübarizə Polisinin rəisi İrəc Kakavənd deyib.
İraq mediasının yazdığına görə, əvvəlki illərdə də hökumətin təşkil etdiyi ərbəin mərasimlərində İraq polisi yüzlərlə iranlını narkotik maddələrin qaçaqmalçılığına görə həbs edib.
Həbs olunanlar arasında SEPAH, “Bəsic” və İran hökumətinin başqa qurumlarının üzvləri də var.