Azadlıq qəzeti .Almaniya genişmiqyaslı yenidən silahlanmağa başlayıb

Almaniyanın Müdafiə Nazirliyi çox milyard dollarlıq təyyarə və döyüş, nəqliyyat və kəşfiyyat zirehli texnikası almağı planlaşdırır, Reuters ölkə hökumətindəki mənbələrə istinadən xəbər verir.

▫️Elektron döyüş sistemləri ilə təchiz edilmiş 20 ədəd ən müasir çoxməqsədli Eurofighter qırıcılarının alınması planlaşdırılır. Təkcə bu təyyarələrin qiyməti 4-5 milyard avro arasındadır.

▫️Daha 10 milyard KNDS və Rheinmetall şirkətlərinin 2-3 min Boxer zirehli maşınına gedəcək.

▫️3,5 min Patria piyada döyüş maşını 7 milyard avroya başa gələcək.

Mənbələrə görə, bu satınalma proqramı 10 il üçün nəzərdə tutulub. Bloomberg də oxşar planlar barədə məlumat verib.

Ukrayna müharibəsi fonunda Almaniya yenidən silahlanmanı sürətləndirmək qərarına gəlib. Bunun üçün hökumət bir neçə yüz milyard avro dəyərində borc öhdəlikləri götürməyə hazırdır. Almaniyanın 2026-cı ildə müdafiə büdcəsi 83 milyard avro ətrafında olacaq ki, bu da 2025-ci ildəkindən təxminən 20 milyard çoxdur.

Bild.de

Foto: Fabian Bimmer / Reuters