
Hörmətli izləyicilərimiz!
İki gün əvvəl Goranboy rayonundan redaksiyamıza ilginç informasiya daxil olmuşdu.Həmin informasiya “Goranboy mədəniyyətinə yeni geyim forması gətirmiş İsax Məmmədovun işçiləri iş vaxtı kafelərdə vaxt keçirdirlər”-başlığı ilə dərc olunmuşdu.İnformasiyanı göndərən mənbə son dərəcə canfəşanlıq edirdi ki, hadisə iş saatlarında baş verib və adı çəkilən mədəniyyət ocağında ümumiyyətlə, özbaşınalıq tüğyan edir və əsas da müdir İsax Məmmədovun üzərinə sanki “Səlib” yürüşü həyata keçirilirdi.Həmin informasiya saytımızda dərc olunduqdan sonra qeyd olunan mədəniyyət mərkəzində çalışan bir neçə şəxs bizə zəng etdi və hətta qeyd olunan yemək-içmək məclisinin videolarını bizə göndərdi.
Aparılan araşdırmalar nəticəsində məlum oldu ki,həmin məclis iş vaxtı deyil bir neçə gün əvvəl bazar gününə təsadüf edir və iş yoldaşları birlikdə istirahət edirlər və bu da ki, qanunla qadağan deyil.Məsələ burasındadır ki,son dövrlərdə insanlar öz qərəzli münasibət bəslədikləri şəxsləri çalışıb medyanın əli ilə vurmağa çalışırlar.Medyanın imkanlarından sui-istifadə halları yolverilməzdir və bunu edən şəxslər etdikləri əməllərin nə ilə nəticələnə biləcəyini dərk etməlidir.Biz qeyd olunan yemək-içmək məclisinin videolarını sonda sizə təqdim edirik və orada əsl poeziya,ziyalı söhbəti,şeir və sair gözəl fikirlərin şahidi olduq.Adamlar kollektiv şəkildə həftə sonu mədəni istirahət edir.Bunun kimə nə dəxli var? Deyəsən insanların firavanlığı kimlərisə narahat edir?.Əgər sizlərə İsax Məmmədovu vəzifədən vurdurmaq lazımdırsa onda digər şəxslərlə nə işiniz var,niyə onların istirahət hüququna,şəxsi həyatına müdaxilə edirsiniz? İnsanların sosial şəbəkə platformalarında axtarış aparıb,onların evdə,yaxud istirahətdə “ŞORTİKLƏ”- şəkillərini iş vaxtında edib kimi cəmiyyətə təqdim olunması tamamilə gülunc və absurddur.Məgər məmur insan deyil?,Məgər məmurun canı rahatlıq istəmir?Axı ümumiyyətlə,bu nə arxaik yanaşmadır ki,ölkə medyasında hələ də bu üsulla fəaliyyət göstərən medya nümayəndələri var? Yaxşı sizlərə bir həmkar kimi inanırıq və göndərdiyiniz materialları dərc edirik.Sonda isə bütün bunlar cəfəng bir olaydan xəbər verir.Deməli,ya qərəzli şəkildə edirsiniz bunları,ya da ki, qeyri-peşəkar fəaliyyət göstərirsiniz.Sonda həmin video materialları sizlərə təqdim edirik və narahatçılığa səbəb olduğumuz üçün adi çəkilən mədəniyyət mərkəzinin əməkdaşlarından üzrxahlıq edirik.
SimalRegion.az