ABŞ prezidenti Donald Trampın hədəsi nəticə verdi. Bir az öncə Hindistan Rusiya neftini almaqdan imtina edib. Time TV bildirir ki, bu barədə Reuters yazıb. Məlumata görə, Donald Trampın bəyanatlarından sonra Hindistanın dövlət neft emalı zavodları Rusiya neftinin alışını dayandırıb. İndian Oil Corp, Hindustan Petroleum, Bharat Petroleum və Mangalore neft emalı zavodu bu gündən Rusiya neftini satın almağı dayandırır. Onlar Rusiya neftinin əvəzinə Yaxın Şərq və Qərbi Afrikadan xammal almağa razılaşıblar.
Şəxsi şirkət olan Reliance və Nayara hələ də Rusiya neftinin ən böyük alıcılar olaraq qalmasına baxmayaraq, hazırda Rusiya Hindistan neft bazarında 60 faiz yerini itirmiş durumdadır. Çünki Hindistanın neft emalı gücünün 60%-dən çoxuna – gündə təxminən 5,2 milyon barel neftə nəzarət edən dövlət şirkətləridir.
Qeyd edək ki, bundan əvvəl Tramp Hindistanı Rusiyadan silah aldığına görə də cəzalandıracağı ilə hədələyib. Hindistanın silah alışını da dayandıracağı gözlənilir.