DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında rayon sakini Elgiz Pənahlının müxtəlif vaxtlarda üç nəfər vətəndaşı işə düzəltmək və təqaüd almaqda köməklik göstərmək adı ilə aldadaraq onlardan ümumilikdə 13.350 manat məbləğində pul alması müəyyən edilib.

Müraciətlərlə bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. E.Pənahlı təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddə ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.