Cənab Prezident, çıxışlarınızda deyirsiniz ki,məmurlar xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidirlər.Məmur rüşvətxorluqla məşğul olmamalıdır,qanunsuz tələblər irəli sürməməlidirlər.Qadınları əzməməliyik,onlara diqqət və qayğı göstərməliyik .Mənim başıma gələnlər göstərir ki,sizin məmur haqqında tapşırıqlarınız Ağsu məmurlarına aid deyil.Ağsu rayonunun icra başçısı hələ də Səfər Məmmədovun sifarişlərini yerinə yetirir.Mənim qanuni sənədimin imzalanmasına icazə vermir və sənədimi geri qaytarmır.Artıq 3 aydır ki,sənədimə memar Mirəli imza atmır.İcra başçısı isə öz səlahiyyətlərini aşıb güc strukturuna keçib.Tapşırıq verib ki,məni icra hakimiyyətinin binasına yaxın buraxmasınlar.Mənə açılan məhkəmə işlərinin sifarişçisi R.Bağırovdur.Ona görə də mənim məhkəmə işlərimdə hakimlər işə hüquqi qiymət verə bilmirlər.Ona görə ki,mən Bağırova deyəndə ki,cənab başçı,sənin ərazi üzrə nümayəndən əkin əkmədən yalan bəyənnamə ilə supsudiya alıb,19 nəfər Kəndoba sakinlərinin adından izahat yazıb,saxta yolla sosial yardım almaq üçün vətəndaşa şərait yaradıb.Dedi,əcəb edib,xəbərim var.Mənə cavab verdi ki,sənin nəyinə lazımdır,gah pambıq əkirsən,gah qarğıdalı əkirsən,gah taxıl əkirsən?Sonra mənə dedi ki, yaxşı olar ki,çıx get burdan.Mən halal zəhmətimlə yaşayıram,bunlar narahat olurlar.Özləri isə dövlətdən oğurlayıb yeyirlər.Belə başçı necə xalqın xidmətçisi ola bilər?Cənab Prezident,Ağsu pis vəziyyətdədir.Başçı qadınla Səfər Məmmədovun puluna görə ədavət aparır.Xahiş edirəm,sizin sözlə desək,məmur harınlığına son verəsiniz.
Ardı var…

Redaksiyadan:Yazıda səslənən fikirlərə görə saytımız heç bir məsuliyyət daşımır.Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.