
Helsinkidə il ərzində bir dənə də olsun ölümcül yol-nəqliyyat hadisəsi baş verməyib
“Orada yollar daraldılıb, sürücülərə narahatlıq yaratmaq məqsədilə ağaclar əkilib, sürət həddi 30 km/saatadək endirilib, 70 yeni sürət nəzarət kamerası quraşdırılıb və polis nəzarəti gücləndirilib. Mürəkkəb şəhər landşaftları sürücüləri yaşayış ərazilərində daha ehtiyatlı hərəkət etməyə məcbur edir. Şəhərdə həmçinin piyadalar və velosipedçilər üçün infrastruktur yenilənib və ictimai nəqliyyat genişləndirilib”.
Bildirmək lazımdır ki,paytaxt Helsinki və ətrafında 1.5 milyon insan yaşayır.
Məlumat üçün qeyd edək ki, 450 milyon əhalisi olan Avropa İttifaqında 2023-cü ildə yol-nəqliyyat hadisələrində 7807 insan öldüyü halda, 10 milyon əhalisi olan Azərbaycanda həmin ildə 862 nəfər yol-nəqliyyat hadisələri nəticəsində həlak olub.
azadlıq qəzeti