İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən 2025-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında
H E S A B A T

1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.
Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən yerli əhəmiyyətli məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.
İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.
2025-ci ilin 6 ayı ərzində mədaxil faktiki olaraq cəmi 34018.46 manat olmuşdur.
Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

  • Torpaq vergisi – 9491.40 manat
  • Əmlak vergisi – 15923.23 manat
  • Əvvəlki ildə bələdiyyə əmlakının özəlləşdirilməsindən daxilolma- 2907.00 manat
  • Ticarət obyektlərindən torpaq icarə haqları –2214.90 manat
  • Əkin sahələrinə görə icarə haqqı –1921.93 manat
  • Bələdiyyə əmlakının icarəsindən –1200 manat
  • Avtomobil dayanacaqlarından –360 manat
    “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq Cülayn bələdiyyəsi İsmayıllı bələdiyyəsinə birləşdirilmişdir.
    İsmayıllı bələdiyyəsinin və ona birləşmiş Cülyan bələdiyyəsinin əvvəlki dövürdən qalan əmək haqqı borcları çox olmuşdur. Maliyyə daxilolmalarının əvvəlki dövrlərlə müqayisədə az olması səbəbindən, ilk olaraq yaranan maliyyə vəsaiti aztəminatlı bələdiyyə qulluqçularının əmək haqlarının ödənilməsinə yönləndirilmişdir. Maliyyə daxilolmalarının azalma səbəbləri çoxdur.
    Belə ki, bələdiyyə üzvləri və qulluqçuları bələdiyyə ərazisində aktiv iş apararaq ilk olaraq kommersiya obyektlərinin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesi yekunlaşmış, Cülyan kəndi ərazisində həmin proses davam etdirilir.
    Cülyan kəndi ərazisində kommersiya obyektləri və fiziki şəxslərin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesi aparılır.
    Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 30950.49 manat təşkil etmişdir.
    Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:
    -2025-ci ilin yanvar –mart ayları üçün əmək haqqına -16876.29 manat
    -DSMF-na köçürmələr- 8579.29 manat
    -İcbari tibbi sığortaya – 1330.95 manat
    -Həmkarlar Təşkilatına üzvlük haqqı – 280.87 manat
    -YAP-na üzvlük haqqı -147.76 manat
    -BAMS onlayn xidmət haqqı -984.58 manat
    -Bankın xidmət haqqı- 168.50 manat
    -DSMF sərəncamına əsasən peniya- 401.04 manat
    -Telefon abunə haqqı, internet- 528.21 manat
    -Elektrik enerjisinə görə – 300 manat
    -“Regional Su Meliorasiya Xidməti” PHŞ -su pulu -300 manat
    -Azəriqaz İB –qaz pulu- 273 manat
    -1 nəfər şəhər sakininə maddi yardım -100 manat
    -Assosiasiyaya üzvlük haqqı -600 manat
    -Qəzetlərə abunə haqqı- 80.00 manat
    2025-ci ilin 6 ayı ərzində şəhər ərazisində mövcud 8129 vergi ödəyicisindən 2887 nəfərə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır.
    Bundan əlavə Azərbaycan Respublikası vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla 2408 vergi ödəyicisinə 71.2 min manatdan yuxarı güzəşt olunmuşdur.
    Bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları tərəfindən borcu çox olan vergi ödəyiciləri ilə fərdi görüşlər və ya telefon danışıqları mütəmadi olaraq aparılır.
    Vergi ödəyicilərinə vergi borcları barədə mobil telefonlarına SMS mətni göndərilməsi məqsədilə mətnlərin göndərilməsinə hazırlıq işləri aparılır, qısa müddətə bütün vergi ödəyicilərinə SMS göndərilməsi planlaşdırılır.
    Hesabat dövründə bələdiyyə üzvləri ilə 12 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 55 qərar qəbul edilmişdir.
    Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə göndərilmiş və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Eyni zamanda bələdiyyənin elan və fəaliyyəti haqqında məlumatlar “Facebook” səhifəsi vasitəsilə yayımlanmışdır.
    2025-ci ilin 6 ayı ərzində bələdiyyəyə 358 nəfər müraciət etmişdir ki, onların 96 nəfəri arayış və digər sənədlər almaq üçün, 59 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 203 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.
    •“Yeni il bayramı” günlərində şəhərin bayramsayağı bəzədilməsi tərəfimizdən təmin olunmuşdur.
    •Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar rayonda yerləşən “Soyqırım abidəsi” ziyarət edilmişdir.
    •“8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə bələdiyyə binasında bələdiyyə üzvü və qulluqçusu olan qadınların iştirakı ilə tədbir keçirilmişdir.
    •Novruz bayramı ilə əlaqədar rayonun mərkəzi meydanında keçirilən bayram tədbirində bələdiyyə üzvləri və qulluqçuları yaxından iştirak etmiş, bələdiyyə tərəfindən hazırlanan “Bayram süfrəsi” nümayiş olunmuşdur.
    •Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Cəlal Rüstəmovun adına inşa edilmiş bulaq kompleksində işıqlanma sistemi yenilənmişdir.
    •Aprel ayının 4-də İsmayıllı bələdiyyəsində bir qrup şəhər ağsaqqallar ilə görüş keçirilmişdir.
    •Qarabağ müharibəsində Şəhid olmuş cəsur döyüşçü, əsl vətənpərvərlik nümunəsi olan eloğlumuz Rüstəmov Cəlal Əbdülhəkim oğlunun 60 yaşı tamam olam şəhidimizin yubileyi doğmalarının və rayon ictimaiyyətinin iştirakı ilə məzarı başında qeyd edilmişdir.
  • Şəhərin R.Mahmudov küçəsində Birinci Qarabağ müharibəsində şəhid olmuş Cəlal Rüstəmovun adına yaradılmış “bulaq kompleksi” tərəfimizdən əsaslı təmir olunmuş, yeni ağac və gül kolları əkilmiş, işıqlandırma sistemi yenilənmişdir.
    •İsmayıllı şəhər qəsəbə 45 (“Qarabağ” qəsəbəsində) ərazisində yaşayan bir vətəndaşın yağan yağışlar səbəbindən evinin zirzəmisinə su dolmasının qarşısı texnika vasitəsilə alınmışdır.
    •May ayında rayon ərazisində yağan güclü yağışlar zamanı içərisi məişət tullantıları ilə dolaraq tutulmuş su keçidlərinin xüsusi texnika vasitəsilə açılaraq yollarda və küçələrdə subasmasının qarşısı alınmışdır.
    •Bələdiyyə ərazisində 15-dən çox qurumuş və təhlükəli vəziyyədə olan ağacın qanunvericilik qaydasında kəsilib götürlməsi və budanmasına ehtiyac olan ağacların aqrotexniki qaydada budanması təmin edilmişdir.
    •Cülyan kəndindən olan şəhid Teymur Osmanlının doğum günü ilə əlaqədar şəhidin məzarı və ailəsi ziyarət olunmuşdur.
    •Cülyan kəndindən olan şəhid Teymur Osmanlının doğum günü ilə əlaqədar şəhidin dəfn olunduğu qəbiristanlığa gedən yola çınqıl-qum tökülərək xüsusi texnika vasitəsilə yayılmışdır.
    •İsmayıllı şəhərindən olan şəhid Ramil Musayevin doğum günü ilə əlaqədar şəhidin məzarı və ailəsi ziyarət olunmuşdur.
    •Şəhid övladları üçün “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram şənliyi keçirilmiş, uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.
    •Vətəndaşlara müalicə və digər məqsədlərlə müxtəlif məbləğdə maddi yardımlar edilmiş, əraziyə köçüb gəlmiş bir aztəminatlı ailənin məktəbli övladı məktəb ləvazimatları ilə təmin edilmişdir.
    •Şəhərin 2 mərkəzi küçəsində (H.Əliyev prospekti və M.Orucov küçəsi) yolkənarı divarların boyağı yenilənmiş, 4 (dörd) ədəd darvaza yenidən boyanmışdır.
    •İsmayıllı şəhəri, N.Nərimanov küçəsində yerləşən smart tipli avtobus dayanacağının şüşələri və oturacaqları yenilənmişdir.
    •İsmayıllı şəhəri və Cülyan kəndi ərazisində yerləşən qəbristanlıqlarında təmizlik-abadlıq işləri aparılmışdır.
    2025-ci ilin 6 ayı ərzində bələdiyyənin gördüyü işlər haqqında məlumatlar “Bələdiyyə.info” saytı, İsmayıllı bələdiyyəsinin Facebook səhifəsi və “İsmayıllı xəbələri” qəzeti vasitəsilə ictimailəşdirilmişdir.
    2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə bələdiyyə ərazisində vətəndaşların mülkiyyətində olan 7636 ev həyətyanı sahəsi ilə birlikdə, 2281 hektar əkin, 120 hektar bağ sahəsi, 493 kommersiya təyinatlı vergitutma obyekti qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmiş uçot məlumatları dəqiqləşdirilmiş və bu iş davam etdirilir. Ümumilikdə isə 8129 vergitutma subyekti sistemə daxil edilmişdir.
    İsmayıllı bələdiyyəsinin 01 iyul 2025-ci il tarixə 75657.57 manat borcu vardır ki, bu da əsasən DSMF borcları, tibbi sığorta, sərf olunmuş yanacağa, qazdan istifadəyə, təmir-tikinti idarəsinə, həmkarlara üzvlük haqqı və s. ibarətdir.
    Məhəllə komitələri bələdiyyəyə yaxından köməklik göstərirlər. Belə ki, vergilərin ödənilməsi istiqamətində, ərazilərin təmiz saxlanılması, qanunsuz tikintilərin vaxtında qarşısının alınması və s. məsələlərdə əhalinin maarifləndirilməsini təmin edərək daima bələdiyyəni məlumatlandırırlar. Bundan başqa vətəndaş cəmiyyətinin inkişafında və bələdiyyə vətəndaş vəhdətinin möhkəmlənməsində aktiv fəaliyyət göstərirlər.
    Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər çərçivəsində qurulması məqsədilə islahatların davam etdirilməsi, bələdiyyələrin idarəetmədə rolunun gücləndirilməsi, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarının genişləndirilməsi, dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması məqsədilə bələdiyyə üzvləri və qulluqçuları aktiv iş aparırlar. (Hesabat bələdiyyə üzvlərinin “15” iyul 2025-ci il
    tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq
    edilmişdir).

İsmayıllı bələdiyyəsinin sədri: Qudrət Kazımov