
Tramp Əliyevi və Paşinyanı qəbul edəcək?
Ermənistanın Baş nazirinin ofisi Nikol Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda yayılan xəbərləri nə təsdiq, nə də təkzib edib.
“Hazırda biz baş nazir Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təsdiq, nə də təkzib edə bilərik”, – deyə Baş nazirin ofisindən Armenpress-in sorğusuna cavab olaraq bildiriblər.
Əlavə edilib ki, belə səfərlər zamanı rəsmi press-reliz verilir və məlumat yalnız belə bir bəyanat yayıldığı halda təsdiqlənmiş sayıla bilər.
“Bildiyiniz kimi, hələlik heç bir rəsmi açıqlama yaymamışıq və bu səbəbdən də, lütfən, məlumatı yalnız rəsmi press-reliz dərc edildikdən sonra təsdiqlənmiş hesab edin”.
Mətbuatda yayılan təsdiqlənməmiş məlumatlara görə, baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda görüşü gözlənilir. Məlumata görə, iki lider ABŞ prezidenti Donald Trampla da görüşəcək.