
“Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Ağcabədi Sosial Reabilitasiya Mərkəzinin uşaqları üçün Qax rayonunun İlisu kəndində “yay düşərgəsi” keçirilib.
Bu barədə SimalRegion.Az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.
Onun sözlərinə görə 4 gün müddətində davam edən yay düşərgəsində ümumilikdə 45 nəfər iştirak edib.Bu müddət ərzində həssas qrupdan olan uşaqlar üçün əyləncə,hovuz istirahəti və müxtəlif oyunlar təşkil edilib.
Qeyd edək ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin Ağcabədi rayonunda 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Reabilitasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir.
Yay düşərgəsi “Azərbaycan Uşaqları” İctimai Birliyinin, Ümid Yolu Xeyriyyə İctimai Birliyinin və xeyriyyəçi dostlarımızın maliyyə dəstəyi ilə baş tutub.