
Maarifləndirici görüş keçirilib.
İsmayıllı rayon Uşaq Kitabxanasında İsmayıllı Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil Sektorunun birgə təşkili ilə tədbir keçirilib.
Tədbirdə rayon üzrə Uşaq Səfirlər Məclisinin nümayəndələri, “Mənim kitabxanam” layihəsinin qalibləri, təhsildə fərqlənən uşaqlar, mütaliə həvəskarı məktəblilər, müəllimlər və kitabxana işçiləri iştirak edib. Çıxış edənlər kitabların dünyagörüşünü, intellektual səviyyəni və yaddaşı gücləndirdiyini vurğulayaraq, düzgün kitab seçiminə dair tövsiyələr veriblər.
Tədbirin yekununda, A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ruhəngiz Qasımovanın moderatorluğunda, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin sədri və ekspert qrupunun üzvü Şahməmməd Dağlaroğlu təhsildə fərqlənən uşaqlara öz müəllif olduğu bir neçə kitabı hədiyyə edib.