
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında imzalanmış daxili əmrə və təsdiqlənmiş qrafikə əsasən ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların ev ziyarətini təşkil etmək, əhaliyə göstərilən ilkin tibbi xidmətin əlçatanlığın təmin etmək, o cümlədən icbari tibb sığortanın yaratdığı imkanlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərlə bağlı maarifləndirmə işinin aparılması məqsədilə həkim pediatr və ailə həkimi-pediatrlardan ibarət briqadalar yaradılıb.
Məqsəd rayonunun bütün yaşayış məntəqələrində yaşayan əhaliyə göstərilən tibbi xidmətə o cümlədən uşaqların profilaktik peyvənd işlərinə və azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarəti gücləndirməkdir.
Yaradılan briqadalar qrafik əsasında Ailə Sağlamlıq Mərkəzinə yaxın olan həkim və tibb məntəqələrinə təhkim olunurlar.
Xankəndi Tibb məntəqəsinin təşkilatçılığı ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Elçin Ağayev profilaktik peyvənd işlərinin aparılması məqsədilə Xankəndi və ətraf kəndlərdə yaşayan uşağları müayinə edib, göstərilən tibbi xidmətlər çərçivəsində uşaqlara müxtəlif adda yaş dövrünə uyğun peyvənd vurulub.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası