
ABŞ İranın nüvə obyektlərini vurdu
Bu barədə ABŞ prezidenti Donald Tramp özü bəyanat yayıb.
“İranda yerləşən üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana – çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından çıxıblar. Əsas hədəf olan Fordo obyektinə tam yüklü bomba hücumu həyata keçirildi. Bütün təyyarələr təhlükəsiz şəkildə vətənə qayıdır. Böyük Amerika Əsgərlərimizi təbrik edirəm. Dünyada bunu bacaran başqa bir ordu yoxdur. İNDİ SÜLH ZAMANI ÇATIB! Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm.”
Azadlıq qəzeti