
Maraqlıdır! İsrail deyir onlar üçün qarşılarına qoyduqları məqsədlərdən biri də, məhz İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneininin fiziki məhv edilməsidir və s.arxada qalan günlərdə də görürük ki, İsrail xüsusi xidmət orqanı,(heç kimin şübhəsi olmasın ki, İran xüsusi xidmət orqanında İsrailə casusluq edən xeyli sayda yüksək rütbəli agentlər var) nüvə alimlərin, yüksək rütbəli ordu zabitlərinin yerlərini müəyyən edir və İran səmasında kəşfiyyat aparan PUA-lardan kiçik dronlar buraxaraq, həmin zabitləri hətta evlərində belə partladaraq öldürə bilir.
İran isə dövlət kimi hava məkanına nəzarəti 100/100 itirib. Belə olan halda ya İran təslim olmalıdır, ya da Seyid Əli Xamenei nə vaxta qədər gizlənərək İranı idarə edəcək və ya edə biləcək?
İstənilən halda bu yolun sonu yoxdur, təslim olmaq alınmır, çünki 46 ildir özlərini İmam Hüseyn davamçısı deyib siyasət yürüdürlər, hamıya məlumdur ki, İmam Hüseyn məktəbində təslim olmaq anlayışı yoxdur!
Digər məsələ isə, gec-tez İsrail Xameneininin oturduğu ünvanı müəyyən edəcək və təbii olaraq əllərinə keçmiş tarixi şansdan mütləq yararlanaraq, (elə bilirsiniz İsrail yaşayış massivlərinə İranın atdığı ballistik raketləri elə – belə buraxır? Yox əlbəttə. Çünki bir nömrəli məqsədləri bütün dünya göstərmək ki, Xamenei İsrail xalqına qarşı terror edir və s.və ilaxır və legetim hədəf olmasına zəmin yaradılır) Seyid Əli Xameneini mütləq aradan götürəcəklər və görünə odur ki, bu plan üçün ABŞ “51-ci ştatı” İsrailə razılıq verib.
Çıxış yollarından biri olaraq ideoloji idarəetməni dəyişmək şərtilə, İranın bütövlüyünü bu gün, yalnız və yalnız Məsud Pezeşkiyan müəllim qoruyub saxlaya bilər , hələ ki, onun belə bir şansı var.
Əks halda, əvvəlki kimi və ya hal-hazırda olduğu kimi davam etsələr İranın parçalanması zaman məsələsidir, çünki İsrail imkan verməyəcək ki, İran nə normal dövlət kimi, nə də ordu kimi təzədən toparlansın!
Zatən buna tez bir zamanda şansları da yoxdur, çünki uzun zaman kəsiyində yetişmış alimlər, general və trilyon dollarlarla qoyulmuş hərbi sahələr yoxdur və olmaması üçün, hər gün İsrail Hərbi Hava Qüvvələri zərgər dəqiqliyi ilə əməliyyatların davam etdirir.
Xəbər sosial şəbəkələrə istinadən paylaşılır