
ELÇİBƏY AZƏRBAYCAN, İSRAİL, İRAN MÜNASİBƏTLƏRİ HAQQINDA (AXC Ali Məclisinin 26 fevral 1993- cü il tarixli sessiyasındakı çıxışından)
“…Mən yenə o fikirdə qalıram ki, Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Xalq Hərəkatının, Azərbaycan Xalq Azadlıq ideallarının içindən doğulub, o dağılmaz. Ta Azadlıq hərəkatını başa çatdırmayınca AXC dağılmayacaq. Bəlkə ondan sonra Xalq Cəbhəsi öz vəzifəsini bitmiş hesab edə. Bəlkə də ondan sonra Xalq Cəbhəsi Vahid Azərbaycan idealını daşıyacaq, ikinci böyük yol başlayacaq. Bu mənim bir tarixçi kimi həyata baxışımdır.
Mən bu sözü deyəndə deyirlər ki, İran inciyəcək, turançılıq belə gəldi və s, amma dəxli yoxdur. Bu yol belə də gedəcək.
Bəzən deyirlər, siyasətlə onu, bunu söyürsünüz. İran belə gəldi, Turan belə getdi. Bəli kim gəlr gəlsin, danışaq ikilikdə. Görək kim haqlıdır, öyrənək. Misir, İsrail, İran – üçü də bir- biri ilə düşməndir. Amma hamısı Azərbaycanı sevir. İsrailin Moskvadakı səfiri gəlib deyir ki, biz Azərbaycanla birbaşa müttəfiqik. Azərbaycan müstəqil dövlətə gedir. Yaxın şərqdə ən yaxşı dövlət bu olacaq. Varı, intellektual səviyyəsi var, azadlıq idealına yiyələnib, demokratk yolla gedir, mədəni bir ölkə ilə əlaqə yaradırıq və s. Azərbaycanın vasitəsilə bütün müsəlmanlarla düşmənçiliyi aradan qaldırmaq olar. İranın da başqa bir məqsədi var. İran bilir ki, Azərbaycanla düşmən olmaq İranın parçalanmasını tezləşdirər.
Biz bircə şeyi bilməliyik. Hansı məsələ Azərbaycan millətinin xeyrinədirsə onu etməliyik. Qardaşıq, dostuq, amma siyasət başqa şeydir.
Pənah Hüseyn