23 iyun 2025-ci il tarixində İsmayıllı rayonunda “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə Ümumilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və əməkdaşları, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və digər idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli “Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis edilmişdir.

AZEidman #AZEgənclər #birkimibirlikdə #dşrgii