
Tramp: “Bütün dünyanı təbrik edirəm, sülh zamanı gəldi!” – SAVAŞ QAPIDAN DÖNDÜ
ABŞ Prezidenti Donald Tramp İranın Qətərdəki Əl-Üdeyd aviabazasına raket hücumunu “çox zəif cavab” adlandırıb və zərbələr barədə əvvəlcədən xəbərdarlıq edildiyi üçün İrana təşəkkürünü bildirib. “14 raketdən 13-ü havada məhv edildi” – Trampa görə, yalnız biri açıq əraziyə düşüb, zərər və itki yoxdur.
“İran emosional təzyiqini boşaltdı” – Prezident əlavə edib ki, bu addım yeni müharibə dalğasının qarşısını ala bilər.
“Ümid edirəm ki, İran buxarını buraxdı və Yaxın Şərqdə sülh və harmoniyaya yol açıldı” – Tramp.
Analitiklərə görə, bu açıqlama ABŞ-İran gərginliyində dönüş nöqtəsi ola bilər!