
Son günlər sosial şəbəkə hesablarında (Tik-Tok və Xəbər saytlarında) Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə nümayəndəsi əvvəllər Daşkəsən rayon mədəniyyət sahəsində xidmət etmiş İsax Məmmədovun öz şəxsi instaqram sosial şəbəkə hesabında dəniz kənarında dövlət məmuruna və rəhbərə xas olmayan “ŞORTİK” də şəkil çəkdirərək paylaşım etməsi barəsində foto məlumatlar dərc edilmişdir.
Bu cür paylaşımlar sosial mediada yayımlanıb qınaq obyektinə çevrildikdə isə dərhal dövlət məmuru İsax Məmmədov həmin fotoşəkili öz instaqram hesabından silmişdir.
Maraqlıdır əgər bir məmur özüdə mədəniyyəti təmsil edən rəhbər bu cür ŞORTİKDƏ şəkil çəkdirib paylaşırsa və bu paylaşım sosiallaşdıqda eyni zamanda qınaq obyektinə çevrildikdən sonra uyğunluq olduğu halda hansı səbəbdən silinsin?
İsax Məmmədovun “ŞORTİKDƏ” şəkil çəkdirib özünü reklam etdirdiyi kimi Goranboy rayon mədəniyyət mərkəzinin tabeliyində kənd və qəsəbələrdə fəaliyyət göstərən bir çox çırağı sönmüş, fəaliyyəti sıfra bərabər olan, işçiləri belə işə davamiyyətsiz gələrək günlərini keçirən, bütün günlərini çayxanalarda və yeməkxanalarda keçirən mədəniyyət evləri və klubların fəaliyyətindən xəbəri varmı?
Hesab edirik ki, bununla bağlı Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Mammadov ciddi nəticə çıxararlar.
Qeyd edək ki, İsax Məmmədovun adı Borsunlu Kənd Uşaq Musiqi məktəbinə direktor əvəzi təyin etdiyi müəllimdən 10.000 manat müqabilində pul alaraq vəzifəyə təyin etməsində hallanmışdır.
Ardı gələn sayımızda.